Dövlət Komitəsinin könüllülük proqramı çərçivəsində könüllülərin fəaliyyəti uğurla davam edir

17 oktyabr 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 22 sentyabr 2022-ci il tarixindən start verilmiş növbəti könüllülük proqramı çərçivəsində könüllülərin fəaliyyəti müvafiq şöbələr, Vətəndaşların Qəbulu Mərkəzi, Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi və “Uşaq Qaynar Xətt” xidmətində uğurla davam edir.
Şüvəlan UADM-də könüllülər mərkəzin fəaliyyətləri ilə tanış olurlar və mərkəz tərəfindən təhsil müəssisələrində keçirilən maarifləndirmə tədbirlərində yaxından iştirak edirlər.
Qeyd edək ki, könüllülüyün inkişafı, gənclərin könüllü fəaliyyətinə cəlb olunması və ümumilikdə gənclərin inkişafına xüsusi qayğı və diqqəti, könüllülük hərəkatını inkişaf etdirmək məqsədilə müsahibə yolu ilə seçilmiş müxtəlif ali təhsil müəssisəsinin 28 nəfər tələbəsi Komitədə həyata keçirilən növbəti könüllülük proqramına cəlb ediliblər.