"Ailə dəyərləri və ənənələr" mövzusuna həsr olunmuş tədbir keçirilib

14 oktyabr 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin" Məktəblinin dostu" layihəsi ilə birgə təşkilatçılığı çərçivəsində Bakı şəhəri 245 nömrəli tam orta məktəbdə  "Ailə dəyərləri və ənənələr" mövzusuna həsr olunmuş təlim keçirilib.  
Maarifləndirici təlim  Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Nərgiz Sədrəddinbəyli tərəfindən aparılıb.  N. Sədrəddinbəyli “Ailə nədir?”, “Ailə dəyərlərinin uşaqlara aşılanmasında valideyn və müəllimlərin rolu” adlı təqdimatla çıxış edərək, iştirakçılara mövzu ilə bağlı ətraflı məlumat verib.
Məktəbin müəllim heyəti və şagirdlərin iştirak etdiyi təlim müzakirələrlə davam edib.
Sonda şagirdlər  mövzulara uyğun tapşırıqlar əsasında rəsmlər çəkib, qısa hekayələr yazıblar.