Gəncə terrorundan 2 il ötür

17 oktyabr 2022

Paylaş:

17 oktyabr 2020-ci il tarixində, 44 günlük Vətən müharibəsi dövründə Ermənistan cəbhədən yüzlərlə kilometr uzaqda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncədə növbəti dəfə terror hadisəsi törətmişdi. Həmin gün 4-ü qadın, 3-ü uşaq olmaqla 13 nəfər həyatını itirmiş, 20-si qadın, 5-i uşaq olmaqla 48 vətəndaş ağır xəsarətlər almışdı.

Baş vermiş terror hadisəsi zamanı şəhid olan həmvətənlərimizin xatirəsini hörmətlə yad edirik!