Regionlarda maarifləndirmə tədbirləri keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Göygöl, Hacıqabul, Saatlı və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən regionlarda erkən nikahların və uşaqların təhsildən yayınması hallarının qarşısının alınması, təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması məqsədilə maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərdə mərkəzlərin və aidiyyəti qurumların əməkdaşları, məktəblilər, tələbələr, müəllim, psixoloq, tibb işçiləri və könüllülər iştirak ediblər.
Tədbirlərdə bu sahədə mövcud olan qanunvericilik barədə ətraflı məlumat verilib, müvafiq mövzular üzrə görülən işlər və video çarx nümayiş etdirilib, maarifləndirmə materialları paylanılıb.