“Azərbaycan Bələdiyyələrində Gender Bərabərliyi Komissiyaları üçün Gender Bərabərliyi və Yerli İdarəetmə” mövzusunda 2 günlük təlim baş tutub

6 oktyabr 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Avropa İttifaqının birgə təşkilatçılığı ilə “Azərbaycan Bələdiyyələrində Gender Bərabərliyi Komissiyaları üçün Gender Bərabərliyi və Yerli İdarəetmə” mövzusunda 2 günlük təlim baş tutub.

Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Avropa İttifaqı Deleqasiyasının Beynəlxalq Yardım və Əməkdaşlıq Şöbəsinin əməkdaşı Məryəm Hacı-İsmayılova, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov açılış nitqləri ilə çıxış ediblər.

Təlimin keçirilməsində məqsəd bələdiyyələrdə gender komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsi və daha səmərəli qurulması, yerli idarəetmənin genderə həssas yanaşma və gender bərabərliyi prinsipləri üzərində qurulmasının təşviqi, bələdiyyələrin gender bərabərliyi sahəsində maarifləndirilməsi olub.

Həmçinin  kənd yerlərində yaşayan sosial cəhətdən həssas əhali qruplarından olan, xüsusilə aztəminatlı və əlilliyi olan qadınların fəallığının artırılması, aktiv məşğulluq tədbirlərinə yönəldilməsi istiqamətində bələdiyyələrin rolundan bəhs olunmuş,  tövsiyələr verilmişdir.