Regionlarda Beynəlxalq Ahıllar Günü ərəfəsində tədbirlər keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qəbələ, Saatlı, Sabirabad, Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən Beynəlxalq Ahıllar Günü münasibətilə tədbirlər keçirilib.Tədbirdə şəhid ailələri, uzunömürlü, aztəminatlı ailələr və ahıl şəxslər ziyarət edilib.
Ziyarət zamanı mərkəzlərin əməkdaşları ahıl şəxslərin sosial vəziyyəti, sağlamlıqları, gündəlik qayğıları ilə maraqlanıblar.
Görüş zamanı qeyd olunub ki, ölkəmizin hər yerində yaşlı insanlara, qocalara, ahıllara böyük diqqət və qayğı göstərilir. Yaşlı nəslə, xüsusən də ahıllara dayaq durmaq, onlara köməklik göstərmək hər birimizin mənəvi borcumuzdur.