27 Sentyabr – Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

27 sentyabr 2022

Paylaş:

Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, İsmayıllı, Qəbələ, Göygöl, Goranboy, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən aidiyyəti dövlət qurumları, təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Tədbirlərdə şəhidlərin ailə üzvləri və qazilər, rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər, gənclər iştirak ediblər.

Eyni zamanda mərkəz əməkdaşları tərəfindən şəhid və qazilərin ailələrinə səfərlər edilib, onların qayğıları dinlənilib, psixososial dəstək göstərilib.