Dövlət Komitəsində “Açıq qapı” günü keçiriləcək
Paylaş:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ictimai nəzarətin gücləndirilməsi, şəffaflığın təmin edilməsi, həmçinin Dövlət Komitəsinin fəaliyyəti ilə tanış olmaq məqsədilə 29 sentyabr 2022-ci il tarixində saat 10:00-da “Açıq qapı” günü keçiriləcək.
“Açıq qapı” günündə iştirak etmək istəyən vətəndaşlar (012) 498 80 93 telefon nömrəsinə zəng edərək qeydiyyatdan keçə bilər. Qeyd edək ki, qeydiyyatdan keçən ilk 15 nəfər “Açıq qapı” günündə iştirak edə biləcək.
Ünvan: Hökumət evi, 4-cü qapı, Üzeyir Hacıbəyli 80
Məlumat üçün bildirək ki, növbəti aylarda da “açıq qapı” günlərinin keçirilməsi nəzərdə tutulub. Bu barədə Dövlət Komitəsinin rəsmi saytında və sosial şəbəkə hesablarında məlumat veriləcək.