Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri, İcma və Qadın Resurs Mərkəzlərinin kollektivi şəhid olan hərbi qulluqçuların dəfn mərasimlərində iştirak ediblər

15 sentyabr 2022

Paylaş:

Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri, İcma və Qadın Resurs Mərkəzlərinin kollektivi Bakı, Sumqayıt şəhəri və regionlardan şəhid olan hərbi qulluqçuların dəfn mərasimlərində iştirak ediblər.

Sentyabrın 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhəddinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı hərbi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan hərbi qulluqçularımızın dəfn mərasimlərində Dövlət Komitəsinin nümayəndələri və mərkəz əməkdaşları iştirak edərək, Komitə rəhbərliyi adından şəhidlərimizin ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər.

Eyni zamanda Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən açılan atəş nəticəsində yaralanan mülki şəxslərin ailələri ziyarət edilib.