Dövlət Komitəsinin sədri Abşeron rayonunda vətəndaşları qəbul edib
Paylaş:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həlli ilə bağlı müvafiq tədbirlər görülür.
8 sentyabr 2022-ci il tarixində Dövlət Komitəsinin sədri Bahar Muradova Abşeron rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Qəbulda Abşeron və Zəngilan rayon sakinlərinin ərizə, müraciət və təkliflərinə baxılıb.
Qəbuldan əvvəl Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət edilib. Abidə önünə gül dəstələri qoyulub, Ulu öndərin xatirəsi ehtiramla yad olunub.
Qəbulda iştirak edən vətəndaşların müraciətləri əsasən məişət zorakılığı, işlə təminat, ünvanlı sosial yardım, sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, təhsildən yayınma və bir sıra məsələlərlə bağlı olub.
Vətəndaşların Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid müraciətləri Komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə dinlənilib, ərizələri qəbul edilərək, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
Qeyd edək ki, Komitənin səlahiyyətlərinə aid olmayan vətəndaş ərizələri aidiyyəti üzrə göndəriləcək.