Uşaqların yay aylarında asudə vaxtının səmərəli təşkili məqsədilə tədbirlər davam etdirilir
Paylaş:
Hər yaş dövründə uşaqların asudə vaxtının məqsədyönlü və planlı təşkil olunmasının xüsusi əhəmiyyəti var. Faydalı məşğuliyyətlərin uşaqların yaradıcı bacarıqlarının inkişafı və sağlam böyümələri üçün əlverişli mühit yaratdığını əsas götürərək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı"nın icrası istiqamətində mütəmadi olaraq bu istiqamətdə tədbirlər keçirir.
Uşaqların yay aylarında asudə vaxtının səmərəli təşkili məqsədilə Komitənin Göygöl, Qəbələ, Hacıqabul, Zaqatala, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin (UADM) təşkilatçılığı ilə qazi və şəhid övladları, mərkəzlərin fəaliyyətindən bəhrələnən aztəminatlı ailələrdən olan, xüsusi qayğıya ehtiyyacı olan uşaqlar üçün müxtəlif əyləncəli oyunlar keçirilib, rayon ərazisində yerləşən muzey, tarixi abidə və parklara ekskursiyalar təşkil edilib. Tədbirlər zamanı uşaqlar kulinariya məşğələlərinə də cəlb ediliblər.