Komitədə növbəti könüllülük proqramına qeydiyyat başlayır

22 avqust 2022

Paylaş:

Gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində onların fəal iştirakına şərait yaratmaq, peşə vərdişləri aşılamaq və təcrübi biliklərini artırmaq, gənclərin innovativ potensialını üzə çıxarmaq və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi könüllü qəbulunu davam etdirir.
Könüllülər sırasına qoşulmaq istəyən gənclər 22 avqust tarixindən 01 sentyabr 2022-ci il tarixinədək scfwca.gov.az saytında "Elanlar" bölməsinə daxil olaraq “Könüllü anketi”-ni doldurub regionmerkez@gmail.com elektron ünvanına göndərməklə qeydiyyatdan keçə bilərlər.
Seçimlərdə sosial iş və psixologiya fakültəsinin tələbələrinə və məzunlarına üstünlük veriləcəkdir.