Regionlarda erkən nikah və məişət zorakılığı ilə bağlı tədbirlər keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Goranboy, Saatlı, Qəbələ, Hacıqabul, Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzləri digər dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində “Erkən nikah və məişət zorakılığına yox deyək!” mövzusunda maarifləndirmə tədbirləri keçiriblər.
Tədbirlərdə monitorinq qruplarının üzvləri, gənclər, icma sakinləri və könüllülər iştirak edib.
İştirakçılara məişət zorakılığı sahəsində qanunvericilik, belə hallar baş verən zaman müraciət etmə qaydaları, müdafiə mexanizmləri, mühafizə orderi, qadın hüquqları, gender bərabərliyi, erkən nikahın yaratdığı problemlər haqqında geniş məlumat verilib.
Tədbirlər zamanı iştirakçıların sualları cavablandırılıb, maarifləndirici materiallar paylanılıb və videoçarx nümayiş etdirilib.