Erkən nikahların fəsadları və insan alverinə şərait yaradan səbəblər” mövzusunda tədbirlər keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan, Sabirabad, Zərdab, Goranboy, Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzləri regionlarda “Erkən nikahların fəsadları və insan alverinə şərait yaradan səbəblər” mövzusunda tədbirlər keçirilib.
Mərkəzlərin əməkdaşları erkən nikahın fəsadlarından və bu problemin qarşısının alınması istiqamətində görülən işlərdən, bəzi vaxtlarda isə bu problemin insan alveri qurbanı olmaq təhlükəsinə gətirib çıxarması barədə iştirakçılara ətraflı məlumat veriblər.
Eyni zamanda iştirakçıların sualları cavablandırılıb, maarifləndirici materiallar paylanılıb.
Keçirilən tədbirlərdə gənclər, icma sakinləri, könüllülər və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.