Regionlarda maarifləndirmə tədbirləri keçirilir

27 iyul 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən regionlarda təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması, uşaqların doğulanadək cins seçiminin qarşısının alınması, ailələrdə doğulan uşaqlar arasında cins nisbətinin pozulması və bu sahədə mövcud olan gender stereotiplərinin aradan qaldırılması, tibb müəssisələrindən kənarda baş verən doğuş faktlarına nəzarətin gücləndirilməsi və belə faktlar əsasında uşaq evliliyinin aşkarlanması məqsədilə mütəmadi olaraq maarifləndirmə işləri aparılır.

Dövlət Komitəsinin Ağdam, Goranboy, Göygöl, Hacıqabul, İsmayıllı, Sabirabad, Zərdab UADM-lərinin təşkilatçılığı ilə rayonların kənd və qəsəbələrində tibb müəssisələri, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin dəstəyi ilə keçirilən tədbirlərdə rayon sakinləri və gənclər iştirak ediblər.

Tədbirlərdə mövzular ətrafında müzakirələr aparılıb,iştirakçıların sualları cavablandırılıb. Yekunda mövzularla bağlı maarifləndirmə materialları paylanılıb.