Yay Təlim Proqramının iştirakçıları İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində olublar

27 iyul 2022

Paylaş:

Yay Təlim Proqramının iştirakçıları Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində olublar

Təlimin ikinci günü də iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Mərkəzə ekskursiya edən gənc jurnalist kadrlar göstərilən xidmətlərlə tanış olaraq, icmadaxili xidmətlər və əhali ilə aparılan işlər haqqında məlumat əldə ediblər.

Qeyd edilib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə ötən il noyabrın 1-də İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin yeni binasının açılışı olmuşdur.

Mərkəzin direktoru Lətifə Əliyeva ayrı-ayrı xidmət otaqları və həyata keçirilən tədbirlər barədə tələbələrə məlumat verib. O, mərkəzin fəaliyyət istiqamətlərinə uyğun olaraq aktiv terapiya, psixoloq və loqoped xidmətləri, ünsiyyət terapiyası, fərdi məşğələ, sensor, sosial iş, təlim və konfrans otaqları, asudə vaxtın təşkili məqsədilə ailə klubu və digər texniki otaqlar ilə tələbələri tanış edib.

Qeyd edək ki, 25-29 iyul 2022-ci il tarixlərində İsmayıllıda keçirilən Yay Təlim Proqramında ali təhsil müəssisələrində jurnalistika ixtisası üzrə təhsil alan III-IV kurs bakalavr və magistr tələbələri iştirak edir.