Azərbaycan milli mətbuatının yaranmasından 147 il ötür

22 iyul 2022

Paylaş:

Hörmətli media nümayəndələri,

Sizi 22 iyul Milli Mətbuat Günü münasibətilə təbrik edir, şərəfli və son dərəcə məsuliyyət tələb edən işinizdə yeni-yeni uğurlar arzulayırıq.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başlandığı gün – 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ölkəmizdə mətbuatın inkişafı istiqamətində fəaliyyətlərinə görə,peşəsini ürəkdən sevərək xalqın məlumatlandırılmasına xidmət edən media nümayəndələrinin əməyini yüksək qiymətləndirir və əməkdaşlığımıza xüsusi önəm verir.

Əziz media nümayəndələri, sizi bu əlamətdar gün münasibətilə təbrik edir, işinizdə obyektivlik, prinsipiallıq, yüksək peşəkarlıq və əsl vətəndaşlıq mövqeyi arzulayırıq.