Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanık DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib

21 iyul 2022

Paylaş:

Dövlət Komitəsinin dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanık və Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib.

Xanım Derya Yanık öncə mərkəzlə tanış olub, qonağa mərkəzin xidmət prosesi barədə ətraflı məlumat verilib.

Daha sonra qonaqlar mərkəzdə keçirilən məşq prosesinə baxıb, həssas əhali qruplarından olan şəxslərin çıxışlarını izləyiblər.