Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanık və nümayəndə heyəti DOST Agentliyində olublar
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin ailə və sosial xidmətlər naziri Dərya Yanık və nümayəndə heyəti DOST Agentliyində olublar.
Qonaqlar 1 saylı DOST mərkəzilə tanış edilib, onlara xidmət prosesi barədə ətraflı məlumat verilib. Bildirilib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası 2018-ci ildə Prezident İlham Əliyevin Fərmanı ilə icra olunmağa başlanmışdır.
Sonra “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Sənədi Sahil Babayev və Dərya Yanık imzalayıblar.