Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər naziri ilə görüşüb

20 iyul 2022

Paylaş:

İyulun 19-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər naziri Deya Yanıkın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentin sədri qonaqları salamlayaraq, ikitərəfli əlaqələrimizin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Spiker ölkələrimiz arasında münasibətlərin Prezident İlham Əliyevin ifadə etdiyi kimi, dünya siyasi sistemində alternativi olmadığını söyləyib. Qeyd edilib ki, qardaşlıq və dostluq münasibətlərimiz günbəgün möhkəmlənir və genişlənir. Hər iki ölkə prezidentləri arasındakı dostluq münasibətləri dövlətlərarası əlaqələrin inkişafına da öz müsbət təsirini göstərməkdədir.