“Azercell MMC” Telecom şirkətinin Komitə ilə birgə əməkdaşlığı
Paylaş:
Ölkəmizdə ailə institutunun möhkəmləndirilməsi, milli-mənəvi, ailə dəyərlərinin qorunub saxlanılması və gənc nəslə aşılanması, yeniyetmə və gənclərin ailə həyatına hazırlığı məqsədilə Komitə tərəfindən aidiyyəti qurumlar, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar və özəl şirkətlərlə birgə əməkdaşlıq çərçivəsində mütəmadi olaraq layihələr həyata keçirilir, aksiyalar təşkil edilir.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı kimi Azercell mobil şəbəkəsindən geniş kütlənin istifadə etməsini nəzərə alaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Azercell MMC” Telecom şirkətinin birgə əməkdaşlığı çərçivəsində 18-35 yaş kategoriyalarını əhatə edən 50 min abunəçiyə 13-17 iyun 2022-ci il tarixləri ərzində ailə ilə bağlı sosial-maarifləndirmə yönümlü mesajlar göndərilib.
Bu kimi tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.