“Postmüharibə dövründə uşaqlar və şəhid ailələrinə psixososial dəstək” layihəsi davam edir

4 iyul 2022

Paylaş:

Ermənistanın təcavüzü nəticəsində əziyyət çəkən ailələrin uşaqlarına sosial və psixoloji dəstək göstərilməsi istiqamətində tədbirlərin gücləndirilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən “Postmüharibə dövründə uşaqlar və şəhid ailələrinə psixososial dəstək” layihəsi davam edir.

Layihədə Ağdam rayonunun Xındırıstan kəndi və Goranboy rayonunun Qızılhacılı qəsəbəsindən olan 6-16 yaşlı 48 oğlan və 52 qız iştirak edir. Keçirilən məşğələlər uşaqlarda emosional intellektin inkişaf etdirilməsinə, zorakılıq hallarından özünüqoruma yollarının öyrənilməsinə kömək etməklə yanaşı, onların yay aylarında asudə vaxtlarının səmərəli keçməsinə də şərait yaradır.