BMT-nin CEDAW Komitəsinin eksperti Dalia Leinarte Azərbaycan Hökumətinin Komitədə altıncı dövri məruzəsi barədə fikrini bölüşüb

24 iyun 2022

Paylaş:

BMT-nin CEDAW Komitəsinin eksperti, ölkə üzrə məruzəçi xanım Dalia Leinarte: "CEDAW Komitəsi Azərbaycan Hökumətinin altıncı dövri məruzəsini dinlədi. Dövlət tərəfinin rəsmi nümayəndələri ilə əla və konstruktiv dialoqun aparılması CEDAW Komitəsi üçün çox xoş idi"

Məlumat üçün bildirək ki, 16 iyun 2022-ci il tarixində BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin Cenevrə şəhərində keçirilən 82-ci sessiyasında Azərbaycan Hökumətinin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Konvensiyası”nın icrasına dair altıncı dövri hesabatı təqdim edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədri Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində daxili işlər nazirinin müavini Oruc Zalov, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, səhiyyə nazirinin müavini İlqar Qasımov, təhsil nazirinin müavini Firudin Qurbanov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov, Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin rəis müavini Sədi Cəfərov, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Maliyyə Nazirliyinin Sosial müdafiə, sosial təminat və səhiyyə sahələrinin maliyyəsi şöbəsinin müdiri Cavid Məmmədov təmsil olunub.