Dövlət Komitəsinin sədri Bahar Muradova Masallı rayonuna səfəri çərçivəsində Qadın Resurs Mərkəzini ziyarət edib

23 iyun 2022

Paylaş:

Sədr Mərkəzin kollektivi ilə görüşərək fəaliyyətləri ilə yaxından tanış olub. Həmçinin Mərkəz əməkdaşları tərəfindən qadınların peşəkar bacarıqlarını artırmaq məqsədilə göstərilən xidmətlər, görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verilib.

Qeyd edək ki, Qadın Resurs Mərkəzlərinin əsas məqsədi qadınların sahibkarlıq bacarıqlarını inkişaf etdirmək və onların əmək bazarında rəqabətliliyini artırmaq, habelə onları səlahiyyətləndirərək qadınların qarşılaşdıqları sosial və iqtisadi çətinliklərin aradan qaldırılmasına dəstək olmaqdır.