"Ailə dəyərləri və ənənələr" mövzusuna həsr olunmuş tədbirlər davam edir

8 iyun 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin "Məktəblinin dostu" layihəsi ilə birgə təşkilatçılığı çərçivəsində Sumqayıt şəhəri 1 nömrəli tam orta məktəbdə "Ailə dəyərləri və ənənələr" mövzusunda növbəti təlim keçirilib.

Təlim Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin əməkdaşı Nərgiz Sədrəddinbəyli tərəfindən aparılıb. N. Sədrəddinbəyli “Ailə nədir?”, “Ailə dəyərlərinin uşaqlara aşılanmasında valideyn və müəllimlərin rolu” adlı təqdimatla çıxış edərək, iştirakçılara mövzu ilə əlaqədar ətraflı məlumat verib.

Məktəbin müəllim heyəti, şagirdlər və valideynlərin iştirak etdiyi təlim mövzu ətrafında müzakirələrlə davam edib.