Narkomaniyaya qarşı mübarizə ilə bağlı növbəti tədbir keçirillib

6 iyun 2022

Paylaş:

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqamı”nın icrası ilə əlaqədar 4 iyun 2022-ci il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 160 saylı Klassik Gimnaziyanın kollektivi, məktəb psixoloqları, valideyn komitəsi sədrləri, məktəb-valideyn icmasının üzvləri və müəllim heyəti üçün növbəti maarifləndirmə tədbiri keçirilib.

Tədbiri giriş nitqi ilə açan 160 saylı Klassik Gimnaziyanın direktoru Faina Ələkbərova qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən bəhs edib.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin məsləhətçisi Həsən Əliyev Komitə tərəfindən mütəmadi olaraq həyata keçirilən maarifləndirmə işlərindən danışıb. İşirakçılara gənclər arasında narkomaniyaya qarşı mübarizə işinin gücləndirilməsi, onların sağlam həyat tərzi ruhunda tərbiyə olunmasından, son zamanlar gənclərin zərərli vərdişlərə aludəçiliyin artması səbəblərindən, sözügedən problemə müasir formada yanaşma tərzindən, ailədə yaranan sosial-psixoloji amillərin yeniyetmələrə təsirindən bəhs edilib.

100 nəfərə yaxın müəllimin iştirak etdiyi tədbir müzakirələrlə davam edib.