1İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü regionlarda qeyd edilib

2 iyun 2022

Paylaş:

Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin (UADM) fəaliyyət göstərdiyi Şüvəlan, Sabirabad, Saatlı, Hacıqabul, Göygöl, Zərdab, Qəbələ və Zaqatala rayonlarında aidiyyəti dövlət orqanları, təşkilatlar və təhsil müəssisələrinin yaxından dəstəyi və iştirakı ilə tədbirlər keçirilib. Uşaqların tarixi yerlərə, istirahət mərkəzləri və parklara ekskursiyaları böyük marağa səbəb olub.

Tədbirlərdə şəhid və qazi ailələrinin uşaqları, xüsusi qayğıya ehtiyacı olan və həssas təbəqədən olan uşaqlar, mərkəzlərin benefisiarları və valideynlər iştirak edib.

Tədbir musiqili-əyləncəli, uşaqların ifasında şeirlər,mahnı və rəqslərlə davam edib.