“Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda təlim keçirilib
Paylaş:
Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2020-ci il tarixli, 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planının 1.9-cu bəndinə uyğun olaraq etik davranış məsələləri ilə bağlı maarifləndirmə işinin aparılması məqsədilə Dövlət Komitəsinin əməkdaşları üçün “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda təlim keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kadr və kargüzarlıq şöbəsinin Daxili nəzarət sektorunun baş məsləhətçisi Roza Şamıyeva təlimdə iştirak edən əməkdaşlara dövlət qulluğunda etik davranış qaydaları və prinsipləri, onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmlər barədə məlumat verib. Qeyd olunub ki, dövlət qulluqçusu bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalı, öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməlidir.
Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.