“Gender məlumatlılığı və həssaslığına dair” təlim keçirilib

27 may 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA), BMT Qadın Agentliyinin (UNWOMEN), BMT Əhali Fondunun (UNFPA) əməkdaşlığı çərçivəsində Xaçmaz Qadın Resurs Mərkəzinin təşkilati dəstəyi ilə “Gender yönümlü və çoxtərəfli əməkdaşlıq vasitəsilə davamlı inkişaf yolunda qadınların potensialının gücləndirilməsi və iqtisadi səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində “Gender məlumatlılığı və həssaslığına dair” təlim keçirilib.

Təlimin məqsədi iştirakçıların gender bərabərliyi üzrə bilik və məlumatlılığını artırmaqla, onların sahibkarlıq fəaliyyətində və gündəlik həyatda gender məsuliyyətli yanaşma tətbiq etmələrini aşılamaq, eyni zamanda gənc qızların rəqəmsal iqtisadiyyata inteqrasiyasının təmin olunmasına dəstək olmaqdır.

Təlim 49 nəfərin iştirakı ilə baş tutub.