Dövlət Komitəsinin könüllüləri ilə Şüvəlan UADM-də görüş keçirilib

23 may 2022

Paylaş:

Dövlət Komitəsinin gənclərin potensialından səmərəli istifadə etmək, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, eyni zamanda ölkədə könüllülük hərəkatını inkişaf etdirmək məqsədilə həyata keçirdiyi könüllülük proqramı uğurla davam etdirilir.

Proqram çərçivəsində növbəti tədbir Dövlət Komitəsinin Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində baş tutub. Dövlət Komitəsinin aparat rəhbəri, uşaq inkişafı və sosial iş üzrə mütəxəssis, ekspert Ceyran Rəhmətullayeva könüllülərlə görüşərək, Azərbaycanda sosial işin yaranması və inkişaf tarixi, ölkəmizdə formalaşması, sosial iş və sosial xidmət sahəsində beynəlxalq təcrübənin tətbiqi barədə fikirlərini bölüşüb.

Daha sonra könüllülər Şüvəlan UADM-in fəaliyyəti ilə tanış olub, mərkəzdə göstərilən xidmətlər barədə ətraflı məlumat əldə ediblər.

Könüllülərə əlilliyi olan uşaqlarla iş, təhsildən yayınan və qəyyumluqda olan uşaqların ailələrinə

səfərlər, həssas əhali qrupuna daxil edilən ailələrin cəmiyyətə inteqrasiyasıməqsədilə Komitə tərəfindən həyata keçirilən layihələr haqqında geniş məlumat verilib.

Diskussiya şəklində keçən görüş zamanı iştirakçıların sualları cavablandırılıb, fikir və təklifləri dinlənilib.