“İnsan alveri və məcburi əməyə YOX deyək!” adlı layihə davam edir
Paylaş:
“Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq 19 may 2022-ci il tarixində “İnsan alveri və məcburi əməyə YOX deyək!” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib. Tədbir Qərbi Kaspi Universitetinin tələbələrinin iştirakı ilə baş tutub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin əməkdaşı Rafiq Mahmudov “İnsan alveri və məcburi əmək: özünüzü necə qoruya bilərsiniz” adlı təqdimatla tədbirdə çıxış edib.
Eyni zamanda tədbirdə Dövlət Komitəsinin insan alveri ilə mübarizə istiqamətində həyata keçirdiyi tədbirlər haqqında məlumat verilib və tədbir iştirakçılarına “Azərbaycan ailəsi” film festivalına təqdim edilmiş “Satılmış həyat” filmi nümayiş etdirilib.
Tədbir müzakirələrlə davam edib.