“Hüquqlarımızı tanıyaq” mövzusunda onlayn görüş keçiriləcək

17 may 2022

Paylaş:

20 may 2022-ci il tarixində saat 12:00-da Komitənin rəsmi facebook səhifəsi üzərindən “Hüquqlarımızı tanıyaq” mövzusunda onlayn görüş keçiriləcək.

Görüşdə mütəxəssis qismində Vəkillər Kollegiyasının üzvü, Hüquq və insan haqları institutunun doktorantı vəkil Banu Quliyeva çıxış edəcək.

Qeyd edək ki, görüşün məqsədi ailə hüquqlarında əksər məsələlərin, o cümlədən nikahın maddi və formal şərtləri, ailə daxili əmlak münasibətləri, nikaha xitam verilməsi, aliment öhdəlikləri, digər məsələləri tənzimləyən hüquq normaları ilə cəmiyyətin maariflənməsidir.