"Məktəblinin dostu" layihəsi davam edir
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakı şəhəri 313 nömrəli tam orta məktəbində "Məktəblinin dostu" layihəsi çərçivəsində "Ailə dəyərləri və ənənələr" mövzusunda təlim keçirilib.
Təlimdə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin məsləhətçisi Nərgiz Sədrəddinbəyli tərəfindən iştirakçılara təlim keçirilib.Təlimdə məktəbin müəllim heyəti, şagirdlər və valideynlər iştirak edib.
Təlim zamanı iştirakçılara mövzu ilə əlaqədar ətraflı məlumat verilib, “Ailə nədir?”, “Ailə dəyərlərinin uşaqlara aşılanmasında valideyn və müəllimlərin rolu”, “Azərbaycan dövlətinin ailə siyasəti” mövzularında müzakirələr davam edib.