Ekspertlərə ixtisas attestatının verilmesi məqsədilə müsahibə keçiriləcək

13 may 2022

Paylaş:

23 may 2022-ci il tarixində, saat 11:00-da Komitə tərəfindən informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi məqsədilə elan edilmiş müsabiqənin ikinci mərhələsi olan müsahibə keçiriləcək.

Məlumat üçün bildiririk ki, müsabiqənin birinci mərhələsi olan test imtahanı Komitədə yaradılmış Müsabiqə Komissiyası tərəfindən 11 may 2022-ci il tarixində keçirilmiş, nəticədə imtahanda iştirak etmiş üç namizəddən ikisi tələb olunan keçid balını toplayaraq, müsabiqənin növbəti mərhələsində - müsahibədə iştirak hüququ əldə etmişdir.

Növbəti olaraq, 23 may 2022-ci il tarixində, saat 11:00-da, Komitənin Akt zalında Müsabiqə Komissiyası tərəfindən mərhələni keçmiş iki namizəd üçün müsahibə keçiriləcək.

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 iyul tarixli 268 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi, attestatın qüvvədəolma müddətinin dayandırılması və ya ona xitam verilməsi, ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət Qaydaları”nın 2.29-2.34-cü bəndlərinə əsasən keçiriləcək müsahibə başa çatdıqdan sonra nəticəsi barədə Komitənin rəsmi saytında məlumat yerləşdiriləcək.