Dövlət Komitəsində istehsalat təcrübəsi keçən tələbələrə təlimlər keçirilib
Paylaş:
2022-ci ilin fevral ayından etibarən 14 həftə ərzində (16 fevral - 25 may) Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Universitetinin ümumilikdə 51 tələbəsinin istehsalat təcrübəsi davam edir.
Dövlət Komitəsində təcrübə keçən tələbələrə müvafiq şöbələrin rəhbər heyəti və mütəxəssisləri tərəfindən 9 təlim keçirilib və komitənin fəaliyyət istiqamətlərinə uyğun məlumatlar verilib. Şüvəlan UADM-də təcrübə keçən tələbələr, gələcək sosial işçilər benefisiarlara göstərilən xidmətləri praktiki olaraq müşahidə ediblər, mərkəz tərəfindən təhsil müəssisələrində həyata keçirilən maarifləndirmə tədbirlərində və ailə səfərlərində yaxından iştirak ediblər.