Dövlət Komitəsi tərəfindən elan edilmiş müsabiqənin test imtahanı keçirildi

11 may 2022

Paylaş:

11 may 2022-ci il tarixində Dövlət Komitəsi tərəfindən informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi məqsədilə elan edilmiş müsabiqənin test imtahanı keçirilib.

İmtahanın ardınca keçirilən Müsabiqə Komissiyasının iclasında test imtahanının nəticələrinə baxılıb, müsabiqənin müsahibə mərhələsinin keçirilməsi barədə qərar verilib.

İmtahanda iştirak etmiş üç namizəddən ikisi tələb olunan keçid balını toplayaraq, müsabiqənin növbəti mərhələsində - müsahibədə iştirak hüququ əldə ediblər. Bir namizəd isə keçid balını toplaya bilmədiyindən, onun müsabiqədə iştirakı dayandırılıb.

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 iyul tarixli 268 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi, attestatın qüvvədəolma müddətinin dayandırılması və ya ona xitam verilməsi, ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət Qaydaları”nın 2.22-ci yarımbəndinə əsasən test imtahanı 30 sualdan ibarət olur. Qaydaların 2.24-cu yarımbəndinə əsasən test imtahanından 25 və daha çox bal toplamış namizədlər müsabiqədə iştirakını davam etdirirlər, keçid balını toplaya bilməyən şəxslərin müsabiqədə iştirakı dayandırılır.

Müsabiqənin müsahibə mərhələsinin vaxtı barədə məlumat tezliklə Dövlət Komitəsinin rəsmi saytında dərc ediləcəkdir.