Komitə tərəfindən İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi ilə bağlı elan edilmiş müsabiqənin test imtahanı keçiriləcək

4 may 2022

Paylaş:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 iyul tarixli, 268 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi, attestatın qüvvədəolma müddətinin dayandırılması və ya ona xitam verilməsi, ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət Qaydaları”nın 2.19-cu bəndinə əsasən, 12 yanvar 2022-ci il tarixində Komitənin rəsmi internet informasiya ehtiyatında informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi məqsədilə keçiriləcək müsabiqəyə sənəd qəbulu elanı və “Müsabiqə proqramı” yerləşdirilmişdir.

Elan üzrə 1 ekspert təşkilatı tərəfindən 3 namizədin müsabiqədə iştirakı ilə bağlı Komitəyə müraciət daxil olmuşdur.

Qaydaların 2.1.-2.7.-ci bəndlərinə əsasən, təqdim olunmuş sənədlərə Komitə tərəfindən baxılaraq, namizədlərin müsabiqəyə buraxılması haqqında qərar qəbul edilmişdir.

İki mərhələdən ibarət olan müsabiqənin test imtahanı 11 may 2022-ci il tarixində, saat 11:00-da Komitənin Akt zalında (ünvan: Ü.Hacıbəyli 80, Hökümət Evi, IV qapı) keçiriləcək.

Nəzərinizə çatdırırıq ki, Komitənin 12 yanvar 2022-ci il tarixli elanı üzrə sənəd qəbuluna son verilmişdir. Müsabiqəyə sənəd qəbulu ilə bağlı növbəti elan tezliklə Komitənin rəsmi internet informasiya ehtiyatında yerləşdiriləcəkdir.