Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilib

4 may 2022

Paylaş:

4 may 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Belçika Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mişel Pitermansla görüşüb.

Qonaqları salamlayan Komitə sədri ölkəmizlə Belçika arasındakı münasibətlərin Azərbaycanın müstəqillik tarixinin başladığı illərə təsadüf etdiyini qeyd edib. O, bildirib ki, ölkələr arasında müxtəlif sahələr üzrə faydalı münasibətlər qurulub və bu gün də bu iş uğurla davam etdirilməkdədir.

Bakıda olmaqdan məmnunluq ifadə edən Belçika səfiri Mişel Pitermans, səmimi qəbula görə təşəkkürünü bildirib. Dövlət Komitəsinin fəaliyyətini müsbət qiymətləndirən səfir, fəaliyyət istiqamətləri üzrə birgə əməkdaşlığa açıq olduqlarını qeyd edib.

Görüş zamanı Komitənin fəaliyyət istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb, mümkün əməkdaşlıq imkanları və fəaliyyət perspektivləri müzakirə edilib.