Ramazan bayramında ''Ailədən-ailəyə" aksiyası davam etdirilib

2 may 2022

Paylaş:

Ramazan bayramı ərəfəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Zərdab, Kürdəmir və Ucar rayonundan olan aztəminatlı, çoxuşaqlı və valideyn himayəsindən məhrum olmuş uşaqların ailələrinə ərzaq yardımı edilib.

Dövlət Komitəsinin Saatlı, Şüvəlan, Ağdam, Qəbələ və İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin təşkilatçılığı ilə "Ailədən-ailəyə" aksiyası çərçivəsində 8 ailə tərəfindən 71 aztəminatlı ailəyə bayram sovqatı verilib.

Dövlət Komitəsi adından humanist tədbirlərdə yaxından iştirak edən ailələrimizə təşəkkür edirik.