“Həyatının memarı Sən özünsən” layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbiri keçirilib

29 aprel 2022

Paylaş:

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın icrası ilə əlaqədar 29 aprel 2022-ci il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində növbəti maarifləndirmə tədbiri keçirilib.

Tədbiri giriş nitqi ilə açan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru Gülşən Əliyeva qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən bəhs edib.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova Komitə tərəfindən mütəmadi olaraq həyata keçirilən maarifləndirmə işlərindən danışaraq, gənclər arasında narkomaniyaya qarşı mübarizə işinin gücləndirilməsi, onların sağlam həyat tərzi ruhunda tərbiyə olunması istiqamətində geniş çıxış edib.

Tədbirdə ekspert qismində çıxış edən tibb elmləri üzrə fəlsəfə doktoru Araz Manuçöhri-Lalei son zamanlar gənclərin zərərli vərdişlərə aludəçiliyin artması səbəblərindən, sözügedən problemə müasir formada yanaşma tərzindən, ailədə yaranan sosial-psixoloji amillərin yeniyetmələrə təsirindən bəhs edib.

80 nəfərə yaxın tələbənin iştirak etdiyi tədbir müzakirələrlə davam edib.