"Ailə dəyərləri və ənənələr" mövzusuna həsr olunmuş tədbir keçirilib
Paylaş:
Bakı şəhəri 17 nömrəli tam orta məktəbdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və "Məktəblinin dostu" layihəsinin təşkilatçılığı ilə "Ailə dəyərləri və ənənələr" mövzusuna həsr olunmuş tədbir keçirilib.
Tədbirdə məktəbin müəllim heyəti, şagirdlər və valideynlər iştirak edib.
Dövlət Komitəsinin əməkdaşı Nərgiz Sədrəddinbəyli “Ailə nədir?”, “Ailə dəyərlərinin uşaqlara aşılanmasında valideyn və müəllimlərin rolu”, “Azərbaycan dövlətinin ailə siyasəti” mövzularının yer aldığı təqdimatla çıxış edib.
Sonda şagirdlərin və valideynlərin sualları cavablandırılıb.