Uşaq nikahlarının və qız uşaqlarının təhsildən yayınmasının qarşısının alınması məqsədilə icma səviyyəsində növbəti görüş Şamaxı rayonunda keçirilib
Paylaş:
25 aprel 2022-ci il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şamaxı rayon Mədəniyyət Mərkəzində görüş keçirilib. 50-dən çox ailənin iştirakı ilə keçirilən görüşdə AQUPDK-nın Aparat rəhbəri Ceyran Rəhmətullayeva, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyubova, Şamaxı şəhər icra nümayəndəsi Asif Şirəliyev, rayonun axundu, hüquq- mühafizə orqanlarının nümayəndəsi, rayon təhsil idarəsinin nümayəndəsi və məktəb direktorları iştirak ediblər.
Aidiyyəti qurumların birgə fəaliyyətinin uğurlu formada təşkili, uşaq nikahlarının və qız uşaqlarının təhsildən yayınmasının qarşısının alınması, mövcud problemlərin araşdırılması və həlli ilə bağlı müvafiq işlərin görülməsi məqsədilə keçirilən görüşdə Şamaxı rayonunda, kənd və qəsəbələrində yaşayan əhali ilə müvafiq söhbətlər aparılıb, qaldırılan məsələlər müzakirə edilib.
Tədbir iştirakçılarına maarifləndirmə vəsaitləri təqdim olunub.