Məişət zorakılığı ilə mübarizə istiqamətində növbəti təlim Tovuzda keçirildi
Paylaş:
21 aprel 2022-ci il tarixində Tovuz rayon Peşə Liseyində “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda təlim keçirilib.
Tələbələrin iştirakı ilə keçirilən təlimdə Peşə Liseyinin direktor əvəzi Nicat Göyüşov və direktor müavini Sərxan Musayev çıxış edərək, təlimin əhəmiyyətini vurğulayıblar və məişət zorakılığının fəsadları haqqında məlumatları diqqətə çatdırıblar.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu barəsində ətraflı çıxış edərək, məişət zorakılığı qurbanlarına daha çevik dəstəyin göstərilməsi, mühafizə orderlərinin verilməsi, zəruri hallarda qurbanların sığınacaqlara yerləşdirilməsi və digər məsələlər ilə bağlı məlumat verib.
Təlim zamanı iştirakçıların sualları cavablandırılıb.