“Həyatının memarı Sən özünsən” layihəsi çərçivəsində növbəti onlayn tədbir keçirilib
Paylaş:
21 aprel 2022-ci il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçığı, Səhiyyə Nazirliyinin və Təhsil Nazirliyinin dəstəyi ilə “Həyatının memarı Sən özünsən ” layihəsi çərçivəsində Bərdə Peşə liseyinin tələbələri üçün onlayn tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin əməkdaşı Nailə İbrahimova “Sağlam həyat tərzi, yoxsa ziyanlı vərdişlər? Seçim sizindir” adlı təqdimatla çıxış edib. O, gənclərin sağlam nəsil kimi formalaşdırılması istiqamətində Komitə tərəfindən mütəmadi olaraq həyata keçirilən maarifləndirmə tədbirlərindən, sağlam həyat tərzinin əhəmiyyəti və gənclərin asudə vaxtının səmərəli təşkilinin vacibliyindən danışıb.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinın həkim-metodisti Ülkər Camalova “Zərərli vərdişlər və narkomaniya ilə mübarizə” adlı təqdimatla çıxış edərək, zərərli vərdişlərin fəsadlarından, insan sağlamlığına və həyatına mənfi təsirlərindən danışaraq, iştirakçılara geniş məlumat verib.
Liseyin 90 nəfərə yaxın tələbə və müəlliminin iştirak etdiyi tədbir müzakirələrlə davam edib.