Azərbaycan nümayəndə heyəti Ankarada fəaliyyət göstərən internat mərkəzindəki xidməti şəraitlə tanış olub
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Türkiyəyə səfər çərçivəsində Ankarada fəaliyyət göstərən “Saray” uşaq evləri şəhərciyində olub.
Şəhərcikdə bədii proqram təşkil olunub. Uşaqlar Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edən bədii proqramla çıxış ediblər.
Komitə sədri Bahar Muradova və Türkiyə Ailə və Sosial Xidmətlər nazirinin müavini Kübra Gürhan Yığıtbaşı uşaqların layiqli, təhsilli vətəndaş olması üçün hər zaman dövlətin dəstək verəcəyini, Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyini ifadə ediblər.
Komitə sədri Azərbaycanda internat tipli məktəblərə göstərilən dövlət qayğısından danışıb, iki qardaş ölkənin uşaqları arasında birbaşa əlaqələrin qurulmasının vacibliyini qeyd edib.
Daha sonra “Saray” uşaq evləri şəhərciyindəki tədris, təlim və yaşayış yerləri ilə tanışlıq olub.