Dövlət Komitəsinin sədri Bahar Muradova Türkiyədə rəsmi səfərdədir

20 aprel 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər naziri Dərya Yanıkın dəvəti ilə Türkiyədə rəsmi səfərdədir.
Qarşılıqlı təcrübə və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi məqsədilə təşkil olunan və 22 aprel tarixinədək davam edəcək səfər çərçivəsində müxtəlif görüşlərin keçirilməsi və təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub.
Səfərin ilk günündə Bahar Muradovanın rəhbərliyi ilə nümayəndə heyəti Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarı - Anıtqəbir" mavzoleyini, eləcə də Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, dahi şəxsiyyətlərin əziz xatirəsini yad edib, abidə önünə əklil qoyublar.
Daha sonra hər iki tərəfi təmsil edən işçi heyətlər arasında görüş keçirilib.