Uşaq və Ailələrə Dəstək Mərkəzlərində sağlam həyat tərzinin təbliği ilə bağlı tədbirlər keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Saatlı, Hacıqabul, Goranboy, Zərdab, Qəbələ, Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzləri regionlardakı təhsil müəssisələrində sağlam həyat tərzinin təbliğ edilməsi, zərərli vərdişlərin qarşısının alınması, narkotik vasitələrin və psixotrop maddələrin mənfi təsirləri ilə bağlı maarifləndirmə tədbirləri keçiriblər.
Tədbirlərdə Mərkəz əməkdaşları könüllülər, məktəblilər, tələbələr, müəllim və psixoloqlara sağlam həyat tərzinin vacibliyi, zərərli vərdişlərin və narkotik maddələrin insan orqanizmində törətdiyi fəsadlar barədə məlumat veriblər.
Diskussiya ilə davam edən tədbirlərdə iştirakçıların sualları cavablandırılıb, mövzu ilə bağlı bukletlər, məlumat vərəqələri paylanılıb