“Güclüyəm, dəyərliyəm, qadınam!” layihəsinə start verilib

18 aprel 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səbail Rayon İcra Hakimiyyətinin, “Regional İnkişaf" İctimai Birliyinin dəstəyi ilə Səbail rayonunda yerli icma nümayəndələri tərəfindən, qadınlara qarşı zorakılıqla mübarizə mövzusunda layihəyə başlanılıb.
Layihənin əsas məqsədi məişət zorakılığı ilə bağlı məsələlərdə qadınları maarifləndirmək, özünə güvəni artırmaqdır. Bunun üçün iştirakçılara hüquq hazırlığı, özgüvən, özünümüdafiə ilə bağlı təlimlərin keçirilməsi planlaşdırılır.
İştirakçılar Dövlət Komitəsinin baş məsləhətçisi Zülfiyyə Sadıqovanın, eləcə də müxtəlif psixoloqlar da daxil olmaqla, fərqli sahələrin mütəxəssislərinin gündəlik seminarlarında iştirak edəcək və diskusiya etmək imkanı qazanacaqlar.
Həmçinin, iştirakçıların tanınmış ictimai xadimlərlə görüşü nəzərdə tutulur.