“Həyatının memarı-Sən özünsən” adlı layihə çərçivəsində onlayn tədbir keçirilib

15 aprel 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Səhiyyə Nazirliyinin və Təhsil Nazirliyinin dəstəyi ilə “Həyatının memarı-Sən özünsən” adlı layihə çərçivəsində təhsil müəssisələrində keçirilən maarifləndirmə tədbirlərinin davamı olaraq, 15 aprel 2022-ci il tarixində İsmayıllı Peşə Təhsil Mərkəzinin tələbələrinin və müəllim heyətinin iştirakı ilə növbəti onlayn tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin əməkdaşı Nailə İbrahimova “Sağlam həyat tərzi, yoxsa ziyanlı vərdişlər? Seçim sizindir” adlı təqdimatla çıxış edərək, gənclərin sağlam nəsil kimi formalaşdırılması istiqamətində Komitə tərəfindən mütəmadi olaraq həyata keçirilən maarifləndirmə tədbirlərindən, sağlam həyat tərzinin vacibliyindən, insan sağlamlığına müsbət təsir edən amillərdən danışıb.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinın həkim-metodisti Ulkər Camalova “Zərərli vərdişlər və narkomaniya ilə mübarizə” adlı təqdimatla çıxış edərək, ziyanlı vərdişlərin fəsadlarından və insan sağlamlığına göstərdiyi mənfi təsirlərdən danışaraq iştirakçılara geniş məlumat verib.
Tədbir müzakirələrlə davam edib.