Regionlarda Dünya Autizm Məlumatlandırma Günü ilə bağlı tədbirlər davam etdirilir
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Goranboy, Qəbələ, Saatlı, Şüvəlan və Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən 2 Aprel Dünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar tədbirlər həyata keçirilib.
Tədbirlərdə mərkəzlərin xidmətlərindən bəhrələnən xüsusi qayğıya ehtiyacı olan uşaqlar, o cümlədən autizm sindromlu uşaqlar və onların valideynləri, könüllülər iştirak ediblər.
İştirakçılara məlumat verilib ki, bu günün qeyd edilməsində məqsəd autizm spektr pozuntusu olan şəxslərə kömək etmək və onlar üçün cəmiyyətdə bütün səviyyələrdə bərabər imkanların yaradılması, inklüziv təhsilə, sosial xidmətlərə çıxışın əlçatanlığına nail olmaqdır.
Tədbirlərdə uşaqlar üçün inkişafetdirici oyunlar və bədii proqramlar təşkil olunub.